7 fevral 2011 13:52

Saşa Yunisoğlu: Onları tam heyətlə yenmək istəyirik

Yığma komandamızın və “Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına müsahibə verib.
 
- Antalyada aldığınız zədə nə yerdədi?
Ayağımda burxulma var idi. Dubaya səfər ərəfəsində baş vermişdi. Buna baxmayaraq, Berti Foqts komandanın düşərgəsinə getməyimi istədi, lakin həkimlərin müayinəsindən sonra məşqlərdən azad olundum. Ciddi bir şey yoxdu. Sadəcə 10 günlük bərpa prosesinə ehtiyacım var. İndi Bakıdayam. Atamın 50 illik yubileyi ilə əlaqədar icazə almışam.
 
- Siz artıq “Qəbələ”nin ikinci futbolçusuz ki, yığmanın oyunu öncəsi zədə alırsız...
- Branimir Subaşiçdə bu, iki dəfə olub. Halbuki o, yaxşı formada idi. Mən də bu ilin ilk oyununda çıxış etməyi çox istəyirdim. Lakin alınmadı.
 
- “Qəbələ”dəki belə mütəmadi zədələnmələr süni qazonla əlaqədardı?
- Toni Adams artıq bu məsələyə toxunaraq bildirib ki, növbəti mövsümdən stadionumuzun qazonu təbbi örtüklü olacaq və süni örtük də ən yenisiylə əvəzlənəcək. Hazırkı qazonumuzun da pis olduğunu demək olmaz.
 
- Millinin Macarıstanla oyunundan nə gözləyirsiz?
- Qələbə gözləyirəm. Amma başa düşürəm ki, uşaqlara çətin olacaq. AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki Belçikayla oyun ərəfəsində yaxşı futbol sərgiləməyə çalışmalıyıq.
 
- “Qəbələ”nin hazırlığı necə alındı?
- Yaxşı. Uşaqların hazırlığı tam qaydasında idi. Çempionatda bizi çox gərgin oyunlar gözləyir.
 
- İlk matçınızın həlledici olacağıyla razısız?
- “Qarabağ”la oyunumuz ən vacib görüşlərimizdən biridi. Bizə mütləq qələbə qazanmaq lazımdı. Başa düşürük ki, səfərdə Ağdam klubuna qalib gəlməyimiz asan olmayacaq. Amma hər halda ilk dövrədə buna nail olmuşduq.
 
-  “Qarabağ”ın bir neçə oyunçusunun millinin Dubay toplanışından yorğun qayıtması sizin xeyrinizə ola bilər?
- Əlbəttə, bu bizim klubumuz üçün əlverişlidi. Ancaq buna çox da diqqət yetirmək lazım deyil. İstəyirəm ki, rəqibimizin bütün futbolçuları düşərgəyə sağlam qayıtsın. “Qarabağ”ın tam heyəti üzərində qələbə qazanmaq istəyirik.
 
- Çoxları “Qəbələ”nin ilk altılığa düşmək şanslarını aşağı qiymətləndirir...
- Hər şeyə rəğmən, mən komandamızı ilk altılıqdan kənar görmürəm. Ümid edirəm ki, biz də orda olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.