7 fevral 2011 14:02

Sadıqovun şahidlik etdiyi dünyanın ən uzun plakatı (FOTO)

Millimizin kapitanı Rəşad Sadıqovun komandası olan “Eskişehirspor”un dünən Türkiyə Superliqasının 20-ci turu çərçivəsində “Galatasaray”la səfər matçında maraqlı bir olay yaşanıb. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri “Türk Telekom Arena”nın tribunalarına 315 metrlik plakat asıblar ki, bu da dünyanın ən uzun plakatı kimi tarixə düşüb.
 
“Galatasaray” tərəfdarları, bu mövsüm alınan pis nəticələrə rəğmən, komandalarına məhz bu şəkildə dəstək verdiklərini nümayiş etdiriblər. Azarkeşlərin asdığı 315 metrlik plakatda bunların yazıldığı bildilir: “106 illik tarixi, kimsənin yanına belə yaxınlaşa bilmədiyi saysız-hesabsız uğurları, muzeyində rəqiblərinin iki qatı qədər kuboku olan ilk və təklərin komandas, olduğu gündən bəri türk olmayan komandaları ən çox yenən türk komandası, ölkəsinin iftixarı, UEFA Kuboku və Superkubok sahibi, dünyanın ən böyük tərəfdar qrupu “Ultraslan”ın qüruru, 1481-dən bəri mədəniyyətin simvolu, 1905-dən bəri idmanın beşiyi, şanlı Galatasaray”!
 
Qeyd edək ki, bu günə qədər bilinən ən uzun plakat 290 metr olmaqla “Barcelona”nın azarkeşlərinə aid idi. Yeri gəlmişkən, "Galatasaray"lıların bu şüarına millimizin kapitanı Rəşad Sadıqov da yaxından şahidlik edib. Lakin o, "sarı-qırmızılar"a 2:4 hesabıyla məğlub olduqları görüşdə forma geyinməyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.