7 fevral 2011 01:58
Millimizin sabiq üzvü lideri taxtdan saldı
Türkiyə Bank Asiya birinci liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq müdafiəçisi, milliləşən legionerlərimizdən olan Ernani Pereyranın şərəfini qoruduğu “Mersin İdmanyurdu” doğma meydanda zirvə uğrunda mübarizə aparan “Samsunpor”la qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə yekunlaşıb. Matçdakı yeganə qolu 2-ci dəqiqədə Ernaninin komanda yoldaşı Mehmet Polat vurub. Start heyətində meydana çıxan Pereyra 90 dəqiqə meydanda olub.
Bu nəticədən sonra “Mersin İdmanyurdu” xallarının sayını 28-ə yüksəldib və hazırda 8-ci pillədə qərarlaşıb. Bu oyuna kimi zirvədə qərarlaşan Samsun təmsilçisi isə xal itkisi nəticəsində “Orduspor”un onu qabaqlamasına da üzülüb.
Maraq üçün xatırladaq ki, qış transfer pəncərəsində dönəmində “Qarabağ”a keçən İlqar Qurbanov da məhz “Mersin İdmanyurdu”nda çıxış edirdi.
