7 fevral 2011 14:14
Haciyevski Xəzər Lənkəranın forvardından imtina etdi
Zaqatalanın “Simurq” klubu “Xəzər Lənkəran”ın transferə çıxardığı Xaqani Məmmədovun xidmətindən imtina edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin makedoniyalı çalışdırıcısı Qyoko Haciyevskinin bu futbolçunu komandada saxlayacağı bildirilsə də, son anda bu forvarddan imtina edib.
Buna səbəb kimi isə, tibbi müayinə zamanı Məmmədovun zədəsinin aşkarlanması göstərilir.
