7 fevral 2011 15:03
XL azarkeşləri üçün pulsuz oyun və təqdimat
Bu həftə sonu “Neftçi”yə qarşı keçiriləcək oyuna və ümumilikdə çempionata hazırlığını davam etidirən “Xəzər Lənkəran” fevral ayının 9-da daha bir yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, komandanın rəqibi qismində “Xəzər Lənkəranın” əvəzedici heyəti çıxış edəcək.
Azarkeşlər üçün bu görüş həm də yeni transferləri ilk dəfə doğma arenada görmək şansı olacaq. Görüş Lənkəran şəhər Mərkəzi Stadionunda saat 17.00-da başlanacaq. Oyuna giriş pulsuz olacaq.
