7 fevral 2011 15:22
Təəccüblənəcəksiz! Bu qolu saymadılar (VİDEO)
Kosta-Rika çempionatında şok olay yaşanıb. Azerisport.az xəbər verir ki, bazar günü “Alajuelense” ilə “Limon” arasında oynanılan matçın 39-cu dəqiqəsində cərimə zərbəsi zamanı digər futbolçunun baş zərbəsi nəticəsində top qapı xəttini 2 metr keçməsinə rəğmən, bunu nə epizoda yaxın olan referi, nə də yan xətt hakimi görüb. Görsələr də belə, yəqin ki, görməməzliyə vurublar. Epizodun təkrarını izləyəndə heyrətlənəcəksiz…
