7 fevral 2011 15:47

"XL-ın təklifindən imtina etməyə heç bir səbəb tapa bilmədim"

“Xəzər Lənkəran”ın yeni transferlərində olan Syerra-Leone yığmasının yarımmüdafiəçisi Julius Vobay azerisport.az saytına müsahibəsində Rumıniyanı Lənkərana dəyişməsindən, gələcək karyerasından, yığmadakı çıxışından və “Neftçi” ilə qarşıdakı oyundan danışıb.
 
- Rumıniyada sizin üçün elə pis idi ki, Lənkərana gəlməyə qərar verdiniz?
- Xeyr. Sadəcə, 4 illik Rumıniya karyeramın ardından qərar verdim ki, müəyyən dəyişikliklərə ehtiyac var. Mirça Rednik məni “Xəzər Lənkəran”a dəvət etdi və mən bu təklifdən imtina etməyə heç bir səbəb tapa bilmədim.
 
- Təsadüfən siz bura sırf Mirça Rednikə görə gəlməmisiz?
- Ancaq ona görə gəlməmişəm. Mən onu heç şəxsən tanımırdım. Rednik Buxarest “Dinamo”sunda çalışanda mən onun komandasına qarşı çıxış etmişdim. Yaxşı məşqçidi.
 
- Bura gəlməmişdən öncə Azərbaycan futbolu haqda nə bilirdiz?
- “Xəzər Lənkəran” haqda mənə kifayət qədər məlumat veriblər. Həmçinin mənim həmyerlim, “Bakı”da çıxış edən İbrahim Karqbo da komandam haqda xoş sözlər bildirdi. Hamı bu komandanın azarkeşlərini tərifləyirdi.
 
- 12 qolla yığmanızın ikinci əsas bombardiri hesab olunursuz. Qorxmursuz ki, bura gəlişinizdən sonra sizi unudarlar?
- Mən Syerra-Leone yığmasında həmişə oynamışam və bundan sonra da nəsə maneə ilə üzləşəcəyimi düşünmürəm.
 
- Hamıya məlumdu ki, siz keçmiş klubunuzda yarımmüdafiə və hücum xəttində forma geyirdiniz. XL-da hansı mövqedə oynayacaqsız?
- Hər şey baş məşqçimizin sistemindən asıldı. Komandanın hansı taktikayla çıxış etməsini o müəyyənləşdirir. Mən həm sağ, həm də sol cinahda çıxış edə bilirəm. Mənim üçün elə də ciddi fərqi yoxdu.
 
- Lənkəran klubuna keçərkən dərhal bildirmisiz ki, bu mövsüm qızıl medallara sahib çıxmaq istəyirsiz. Bu, sadəcə standart biz sözdü, yoxsa?
- Mən komandamızı iş başında görmüşəm və bilirəm ki, buna nail ola bilərik.
 
- Yəqin bilirsiz ki, sizdən yuxarıda qərarlaşan komanda da sıradan rəqib deyil...
- Təbii ki, hər şey sadə deyil. Ancaq gördüyüm qədərilə, “Neftçi” bizi sadəcə 1 xal qabaqlayır.
 
- Yeri gəlmişkən, elə həftənin sonu liderlə oyununuz var...
- Başa düşürəm ki, bu oyun bizim azarkeşlərimiz üçün çox vacibdi. Ancaq biz sadəcə “Neftçi” ilə oyuna hazırlaşmamışıq. Biz bütün komandalara hörmətlə yanaşırıq və bizim üçün kiminlə oynamağımızın ciddi fərqi yoxdu. Çalışacağıq ki, hamısına qalib gələk.
 
- Nə əcəb “Neftçi”ni xüsusi qeyd etmirsiz? Axı bu, “Xəzər Lənkəran”ın ən prinsipial rəqibidi...
- Mən hələ bu komanda haqda çox da informasiyaya malik deyiləm. Odu ki, onlara da digər rəqiblərimiz kimi yanaşıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.