7 fevral 2011 16:02
Arif Əsədov: Artıq bütün fikrimiz XL-la oyuna yönəlib
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Türkiyədə həyata keçirdikləri toplanışla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı Antalyadakı hazırlıq prosesini belə dəyərləndirib:
“Təlim-məşq toplanışı istədiyimiz kimi keçdi. Uşaqların hazırlığından razı qaldım. Yoxlama görüşlərində sərgilənən oyun və nəticə də məni razı saldı. Artıq transfer çalışmalarını bitmiş hesab etmək olar. Bundan sonra heyətimizə yeni futbolçu qoşulmayacaq. Bizdə komanda artıq formalaşıb. Sadəcə, bəzi mövqelərdə boşluq var idi. Həmin mövqeləri möhkəmləndirmək üçün də üç transfer etdik”.
Gənc mütəxəssis “Xəzər Lənkəran”la baş tutacaq oyunla bağlı da fikirlərini bildirib: “Artıq bütün fikrimiz “Xəzər Lənkəran”la oyuna yönəlib. Meydana yalnız qələbə üçün çıxacağıq. Çalışacağıq ki, əlimizdən gələni edib, ilk oyundakı məğlubiyyətin əvəzini çıxaq” – deyə o, klubun rəsmi saytına açıqlamasında bildirib.
