7 fevral 2011 16:50
Turan 6 futbolçuyla münasibətlərini rəsmiləşdirdi
Tovuzun “Turan” klubu yeni oyunçularıyla münasibətlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında sınaqdan uğurla keçən gürcü futbolçular – Georgi Beriaşvili, Oleq Qvelesiani, Zurab Xursidze, həmçinin Boris Kondevlə il yarımlıq müqavilə bağlanılıb.
Baş məşqçi Naci Şensoy onlarla yanaşı, Elnur Abbasovla Yasin Abbasovun da komandasında qalmasına qərar verib.
