7 fevral 2011 17:23
Esperimental heyətlə də qələbə (FOTOLAR)
Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan milli komandasının eksperimental heyəti ilə Latviya yığması arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Latviya yığmasının qapısından hər iki topu Vahib Xocayev keçirib. Maraq üçün xatırladaq ki, dünən Bakıda təşkil olunan futzal turniri çərçivəsində komandamız əsas heyəti ilə bu rəqibini 7:1 məğlub etmişdi.
