7 fevral 2011 17:46
Flavinyo: Xəzər Lənkəran`la bir fərqimiz var
"Neftçi"nin yarımmüdafiəçisi Flavinyo "Xəzər Lənkəran"la oyun öncəsi fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu özünü prinsipial rəqiblə görüşə tam hazır sayır:
“Təbii ki, bu, bir derbi oyunudu. Belə görüşlərdə uduzmaq hər zaman futbolçulara pis təsir edir. Biz bu oyunda mütləq qələbə qazanmalıyıq. Gözəl təlim-məşq toplanışı keçmişik. Komandamızın heyətinə güclü futbolçular cəlb edilib. Bu qələbə "Neftçi" üçün çox vacibdi. Bizim "Xəzər Lənkəran"la bir xal fərqimiz var, əgər qələbə qazansaq, xal fərqimiz artacaq. Bu matça tam hazıram. Baş məşqçimiz şans versə, çalışacağam ki, meydanda 90 dəqiqə mübarizə aparmaqla komandama əlimdən gələn köməyi edim. "Xəzər-Lənkəran"la oyun mənim üçün çox vacibdi”.
