7 fevral 2011 17:55

Neftçi yeni transferlərini təqdim etdi (FOTOLAR)

Qış transfer pəncərəsində "Neftçi"nin rənglərinə bağladığı üç yeni futbolçu öz formalarına qovuşub. Azerisport.az xəbər verir ki, klubun bazasında baş tutan tədbirdə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov da iştirak edib.
 
Mərasimdə braziliyalı Rodriqinyoya flaqmanın 7, Yasin Himaya 4, Vitali Kovalyova isə 34 nömrəli forması təqdim edilib.
 
Klub prezidenti Sadıq Sadıqov tədbirdə öz fikirlərini bildirib: “Əvvəlcə, mən sizi "Neftçi" ailəsinin yeni üzvləri olmağınız münasibətilə təbrik edirəm. Biz "Neftçi" olaraq güclü yerli futbolçularla yanaşı, səviyyəli legionerlərin transferini həll etməyə çalışırıq. Gündən-günə inkişaf edən Azərbaycan futboluna öz töhfəmizi vermək və komandamızın böyük uğurlar qazanması üçün lazım olan hər şeyi edirik. Mən inanıram ki, qış fasiləsində heyətimizə qoşulan futbolçular komandamızın gücünə güc qatacaq.  Həyata keçirilən bu transferlər oyunlarımıza azarkeş marağını da artıracaq".
 
Braziliyalı futbolçu Rodriqinyo "Neftçi"yə transferini dəyərləndirib: "Mən ilk dəfədi ki, legioner həyatı yaşayıram. Burada uğur qazanmaq üçün əlimdən gələni edəcəm. Bilirəm ki, mənə böyük ümidlər bəslənilir. "Neftçi"də həmyerlilərimin çıxış etməsi də keçidimə təsir etdi. Bu forma ilə çempionluq sevinci yaşamaq istəyirəm".
 
Əlcazairəsilli Yasin Hima da yeni komandası haqqında fikirlərini bildirib: “Buraya gəldikdə komandanın baş məqşçisi mənə klubun hədəflərindən danışdı. "Neftçi"nin bu hədəflərə çatması üçün, meydanda öz sözümüzü deyəcəyik. Bilirəm ki, komanda da böyük rəqabət var. Belə rəqabətin olması, ancaq bizim xeyrimizədir".
 
Flaqmana transfer olunan təcrübəli qolkiper Vitali Kovalyovda "Neftçi"yə transferi barədə ürək sözlərini deyib: "Mən Azərbaycanın ən böyük klubuna transfer olunmuşam. "Neftçi" hər bir azərbaycanlı futbolçunun forma geymək istədiyi klubdur. Burada ancaq bir hədəf var: ancaq birinci olmaq. Komandamın çempion olması üçün mən də, şans verildiyində üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gələcəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.