7 fevral 2011 18:35
Qarabağ`ın yeniləri bu gecə Bakıda olacaq
Türkiyə toplanışını fevralın 7-də başa vurub Bakıya dönən və 2 günlük fasilədə olan “Qarabağ” məşqlərini bərpa edir. Azerisport.az xəbər verir ki, Ağdam klubu sabah 11:00-da bazada yığışacaq.
Saat 15:00-da isə komanda Premyer Liqanın qış fasiləsindən sonrakı ilk oyununun – “Qəbələ” ilə görüşün hazırlığına başlayacaq. Lakin “Qarabağ” çalışmalara millinin düşərgəsində olan futbolçularsız başlayacaq. Komandanın yeni transferləri - Nderim Nedzipi və Bojan Pavloviç isə bu gecə Bakıya gələcək.
Yeri gəlmişkən, artıq “Qarabağ”ın “Qəbələ” ilə oyununun keçirilmə vaxtı da müəyyənləşib. Bazar günü Suraxanı qəsəbə stadionunda baş tutacaq oyun 14:00-da start götürəcək.
