7 fevral 2011 18:44
Rusiyada top qovan 7 futbolçumuz Azərbaycan yığmasında
Xəbər verdiyimiz kimi, fevralın 9-dan 12-ə qədər 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Şağan Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesinə aşağıdakı futbolçular dəvət olunub.
Emil Həşimov, Nurlan Əhmədov, Ramin Şirinov (hamısı “Qarabağ”), Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Elvin Camalov (hamısı “Qəbələ”), Fuad İslamzadə, Coşqun Diniyev, Qurbanəli Əliyev, Adil Nağıyev (hamısı “İnter”), Kənan Manafov, Eyyub Əliyev, Azər İbrahimov (hamısı “Neftçi”), Kamran Abdullazadə (Xəzər Lənkəran), Polad Mirzəzadə (Bakı), Kamran Hacıyev (Gənclik), Xəlil Əhmədov (ROİL), Zamin İsmayılov (Spartak-Alaniya, Vladiqafqaz, Rusiya), Elvin Murtuzov (Kvadro, Rostov, Rusiya), İsmayıl İsmayılov (Lokomotiv, Moskva, Rusiya), Orxan Əliyev (Elektroavtomatika, Stavropol, Rusiya), Ruslan Nəsirli (Maşuk KMV, Pyatiqorsk, Rusiya), Elmin Həsənov (Zenit, Sankt-Peterburq, Rusiya), Rüstəm Əsgərov (Tekstilşik, İvanovo, Rusiya).
