7 fevral 2011 20:09
Qarabağ iki futbolçusunu icarəyə verdi
“Qarabağ” iki futbolçusunu icarəyə verib. Azerisport.az xəbər verir ki, komandanın gənc üzvlərindən ikisi qış fasiləsindən sonra MOİK-də çıxış edəcək.
Məsələ burasındadı ki, komanda qışda etdiyi transferlərlə sıralarını yetərincə genişləndirib. Hazırda 29 futbolçusu olan Qurban Qurbanovun komandasında rəqabətin yetərincə yüksək olması heyətdəki gənc istedadların oyun praktikası qazanması zəruriyyətini yaradıb. Belə gənclərdən Tural İsgəndərov və Murad Səttarlı oyun praktikası qazanmaq üçün MOİK-ə icarəyə verilib. 18 yaşlı futbolçuların icarə müddəti sadəcə 6 aylıq müddətə nəzərdə tutulub.
