7 fevral 2011 11:07
Mahir Şükürov gəldi, qaldı Rəşad Sadıqov
Rusiyanın “Anji” klubunda çıxış edən Mahir Şükürov millinin düşərgəsinə yollanıb. Azerisport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının digər üzvlərindən fərqli, Mahir məhz Macarıstanla oyun ərəfəsində komandamızın heyətinə qoşulmalı idi.
Qeyd edək ki, Şükürovla yanaşı, Türkiyənin “Eskişehirspor” klubunda top qovan müdafiəçimiz Rəşad Sadıqov da məhz bundan sonra düşərgəyə təşrif buyurmalıdı.
