7 fevral 2011 11:26
Daha bir Azərbaycan - Latviya dueli
Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan milli komandasının eksperimental heyəti ilə Latviya yığması arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşma saat 12:00-da başlayacaq.
Maraq üçün xatırladaq ki, dünən bu komandalar arasında Bakıda təşkil olunan futzal turniri çərçivəsindəki rəsmi qarşılaşmada millimizin əsas heyəti latviyalılara 7:1 hesabıyla qalib gəlmişdilər.
