7 fevral 2011 11:44
XL-ın forvardı özünə yeni məşğuliyyət tapıb (FOTO)
“Xəzər Lənkəran”ın kosta-rikalı hücumçusu Uinston Parks gitara təhsili almağa başlayıb. Azerisport.az xəbər verir ki, bu haqda o, Rumıniya mətbuatına açıqlamasında bildirib.
Cənubluların əsas forvardlarından olan Parks bildirib ki, bu mənada o, əsas kumirlərindən olduğu Bob Marliyə oxşamaq istəyir. Bu məqsədinə çatmaq üçün futbolçu hətta Lukiana Sandla da görüşüb və onun köməyindən yararlanıb:
“Mən çoxdan gitara ifa etməyi öyrənmək istəyirdim. Musiqi ifa edəndə Bob Marliyə oxşamağa çalışıram”.
“Mən çoxdan gitara ifa etməyi öyrənmək istəyirdim. Musiqi ifa edəndə Bob Marliyə oxşamağa çalışıram”.
