7 fevral 2011 12:24

Fırtınalar meydanı üçün bolqar mütəxəssis dəvət olundu (FOTO)

“Xəzər Lənkəran” Futbol Klubu öz meydanını təkmilləşdirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, bununla əlaqədar klub meydanda aparılacaq yenidənqurma işlərinin dəyərləndirilməsi üçün bu sahədə Azərbaycanda yaxşı tanınan bolqar mütəxəssisi Borislav Kolevi işə cəlb edib.
 
Qeyd edək ki, Borislav Kolev idman meydançaların tikilməsində ixtisaslanan “Bayk Plus Ltd” şirkətinin başçısıdı. Bu şirkət idman quruculuğunda 1995-ci ildən fəaliyyət göstərir. Azərbaycanda adı çəkilən şirkəti 2002-ci ildən tanıyırlar. Çünki məhz həmin ildə “Bayk Plus Ltd” Tofiq Bəhramov adına Respublika stadionunu tam şəkildə yenidən qurub.
 
- Sizin Azərbaycana səfərinizin məqsədi nədi?
- Mən “Xəzər Lənkəran” futbol klubunun rəhbərliyi tərəfindən bu klubun mərkəzi və yardımçı meydançalarının vəziyyəti ilə tanış olmaq üçün dəvət olunmuşam. Tanış olub gördüyümü təhlil edəndən sonra mövcud olan problemlərin çözülməsi və vəziyyətin yaxşılaşdırılması üzrə təkliflərimi təqdim edəcəm.
 
- Gördüklərinizdən ilk təəssüratınız necə oldu?
- Burada yaradılan baza mənim çox xoşuma gəldi. Məncə, bu, yüksək nailiyyətlər əldə etmək istiqamətində istənilən klubun atmalı olduğu ilk addımlardan biridi. Ancaq bununla birgə vəziyyətin daha da yaxşılaşdırılması üçün həmişə əlavə tədbirlər görməyə də imkan var. Yəni, təkmilləşdirmə fasiləsiz bir prosesdi, onun sonu olmur. Ancaq “Xəzər Lənkəran”ın yaratdığı bünövrə çox yaxşıdı.
 
- Siz idman meydançaların tikilməsi üzrə bir mütəxəssis kimi bizim futbol arenamızın vəziyyəti ilə tanış oldunuz. Hər hansı problem üzə çıxdımı? Və əgər problem varsa, o nə qədər ciddidi?
- Bəli, problemlər var. Onların arasında asan həll olunanlar da var, bir qədər çox zəhmət tələb edənlər də. Mən gördüklərimi təhlil edib təkliflərimi sizin klub rəhbərliyinə təqdim edəcəm. Ümumilikdə bildirməliyəm ki, problemlər meydançaların hamısında mövcüddu. Təbii meydança bərbad olduğu halda, yaxud orada yenidənqurma işləri aparıldığı vaxtda vəziyyəti sintetik meydança xilas edə bilər.
 
Təbii meydança isə bir canlı orqanizmdi, o, insanı xatırladır. Yəni, əgər sən bu gün sağlamsansa sabah xəstələnə bilərsən, sonra isə müalicə olunub yenidən sağala da bilərsən, ölə də bilərsən. Odu ki, bunlar normal və həll olunan məsələlərdi. Əsas odu ki, yaranmış vəziyyətdə günahkar axtarmayaq, gələcəyə baxıb bu vəziyyətdən çıxış yollarını tapmaq lazımdı. Ən yaxşısı isə imkan daxilində qabaqlayıcı tədbirlər görüb problemlərin yaranma ehtimalını minimuma endirməkdi. Həll olunmayan problem yoxdu, hər bir çətin məsələni həll etmək olar.
 
- Ayrı sözlə desək, siz hesab edirsiniz ki, bizim klubda əlavə sintetik meydançanın olması məqsədəuyğun olar?
- Hər klubun çoxlu meydançaları olmalıdı. Məsələn “Real” Madrid klubunun 7 meydançası var, o cümlədən süni örtüklü. Və bunlar təkcə əsas komanda üçün yaradılıb. Bu klubun digər komandaları ayrı meydançalarda məşqlər və oyunlar keçirirlər. Adi klublarda isə tək əsas komandaların ən azı 2 meydançası olmalıdı. Belədə bir meydançanı ay ərzində istifadə etmək olar, digərini isə o biri ay üçün hazırlamaq lazımdı və beləliklə onlar bir birini tamamlayacaq. Bir daha təkrar edim ki, söhbət yalnız əsas komandadan gedir. O ki qaldı uşaq və yeniyetmə futboluna, onların hər birisinin öz meydançaları olmalıdı.
 
Sintetik meydançalar mövzusuna qayıdıram. Əgər klubun ikinci təbii meydançanın yaradılmasına imkanı yoxdursa, onda sintetik meydança salına bilər. Təbii meydançalardan fərqli olaraq sintetik meydança daha çox işlənə bilir. Onları sutkada 24 saat istismar etmək olur. Həm də belə meydançaların saxlanılmasına çox az vəsait tələb olunur. O ki qaldı onların keyfiyyətinə, onu deyə bilərəm ki, bu gün elə sintetik meydançalar mövcuddur ki, onlar 95% təbii meydançaya bənzəyirlər. Bundan başqa Azərbaycanda Avropanın hər yerində olduğu kimi, qış fəsli problemi var ki, bu zaman hava şəraiti pis olur, qazon da bitmir. Bu halda süni meydança əvəzedilməzdi, təbii meydança isə həmin ərəfədə dincəlir, özünə gəlir. Ona görə mən hesab edirəm ki, istənilən komanda ən azı bir sintetik meydançaya malik olmalıdı.
 
- “Xəzər Lənkəran” stadionundakı problemləri aradan qaldırmaq üçün nə qədər vaxt tələb olunur?
- Bu işi 3 mərhələyə bölmək olar. Birinci mərhələ sağlam qazonun bərpası və ot köklərinin artırılmasından ibarətdi. Bunu bir aya etmək olar. Sonra 40-60 günə suyun meydan üzərində qalması və süzülməməsi problemini aradan qaldırmaq mümkündü. Üçüncü mərhələ isə qazonun yay fəslində gün altında yanması probleminin həllidi. Bunun üçün meydançadakı otun istiyə dözümlülüyünü artırmaq üçün bir üsul fikirləşmək gərəkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.