7 fevral 2011 12:33
Neftçi Böyük oyunun hazırlıqlarına başladı
Yanvarın 4-də Antalyadan ikinci təlim-məşq toplanışından qayıdan “Neftçi” iki günlük istirahətin ardından məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, bu gün səhər saatlarında baş tutan məşqdə, komanda üzvləri ilk olaraq trenajor zalında fiziki hazırlıq üzrə məşqçi Mehmet Akın rəhbərliyi altında müxtəlif hərəkətləri yerinə yetiriblər.
Sonra məşq prosesi klubun bazasının yaşıl meydanında davam etdirilib. Baş məşqçi Arif Əsədovun rəhbərliyi altında futbolçular qaçışla kifayətlənib.
Qeyd edək ki, komanda ikinci məşqini saat 17:00-da keçirəcək.
