7 fevral 2011 12:42
Mahir Şükürovun komandasından daha 2 transfer
Millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu Rusiya Premyer Liqasının iştirakçısı “Anji” heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, Türkiyədəki ilk hazırlıq prosesini başa vuran Mahaçqala klubu daha iki oyunçunun keçidini rəsmiləşdirib.
Azerisport.az xəbər verir ki, ötən mövsümün ardından bir sıra oyunçuları ilə yollarını ayıran Hacı Hacıyev baxışda olan Benua Anqbva və Aleksey İvanovi saxlamağa qərar verib. Qeyd edək ki, bu futbolçular maliyyə problemlərinə görə elitadan kənarlaşdırılan “Saturn”da top qovurdu. 29 yaşlı Anqbva kamerunlu, rusiyalı İvanov isə hücumçudu.
