8 fevral 2011 13:00
Azərbaycan – Macarıstan oyununun hakimləri müəyyənləşdi
Fevralın 9-da, saat 21:00-da, Dubay şəhərindəki “Əl Şabab” stadionunda Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlərin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşmanı adları aşağıda göstərilən Birləşmiş Ərəb Əmirliklərindən olan hakimlər idarə edəcək:
Baş hakim: Məhəmməd Əbd Əlkərim
Baş hakimin köməkçiləri: Əhməd Əl Şəmsi, Sutan Saahu
Dördüncü hakim: Həmid Əli Yusif
