8 fevral 2011 13:39
Biri getdi, yeddisi gəldi
Tovuzun “Turan” klubu qış fasiləsində düşərgəsinə dəvət etdiy və bəyəndiyi futbolçularla müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, bölgə klubu artıq yenilərlə müqavilələrin müddətini də açıqlayıb.
Baş məşqçi Naci Şensoy yalnız Romuald Onananın komandadan uzaqlaşdırılmasına qərar verərkən, 7 yeni futbolçunun transferini istəyib ki, onlardan da ikisi yerli, ikisi bolqar, üçü isə gürcüdü.
1. Yasin Abbasov (hücumçu, son klubu “Simurq”, müqavilə müddəti 3 il)
2. Elnur Abbasov (müdafiəçi, Simurq, 1.6 il)
3. Martin Kerçev (hücumçu, Lokomotiv (Plovdiv, Bolqarıstan), 1il)
4. Boris Kondev (yarımmüdafiəçi, Pirin (Blaqoevqrad, Bolqarıstan), 6 ay)
5. Georgi Beriaşvili (hücumçu, Olimpi (Rustavi, Gürcüstan), 1.6 il)
6. Oleq Qvelesiani (müdafiəçi, Kolxeti (Poti, Gürcüstan), 1.6 il)
7. Zurab Xurtsidze (yarımmüdafiəçi, Olimpi (Rustavi, Gürcüstan), 1.6 il)
