8 fevral 2011 13:57

Foqts: Gözləməyin ki, Macarıstanı darmadağın edəcəyik

Millimizin almaniyalı baş məşqçisi Berti Foqts bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarşıdan gələn Macarıstanla sınaq matçı öncəsi fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, jurnalistlər üçün mətbuat konfransı keçirən çalışdırıcı öncə ümumi fikirlərini bildirib:
 
- Deyə bilmərəm ki, futbolçuların oyun formasından razıyam. Onlar başa düşməlidilər ki, biz Azərbaycan çempionatının oyununa yox, beynəlxalq matça hazırlaşırıq. Hiss olunur ki, komanda iki aydı bir araya gəlmir. Futbolçularımız çox gec qərar verirlər. Onların müdafiədən hücuma çıxmalarından çox narazıyam.
 
- Belə çıxır ki, onlar klublarının toplanışında yaxşı hazırlaşmayıblar?
- Mən belə deməzdim. Futbolçular özləri başa düşməlidilər ki, yığma səviyyəsində daha cəld düşünüb, qərar vermək vacibdi. Klub məşqçiləri heyəti çempionata hazırlayır, mən isə seçmə mərhələnin oyunlarına. Bu, böyük fərqdi. Məşqçilərin öz vəzifələri, məqsədləri ola bilər, futbolçular isə daim öz üzərlərində işləməklə inkişafa çalışmalıdılar.
 
- Macarıstan yığmasını necə dəyərləndirərdiz?
- Macarıstan yığması güclü komandadı. Onların oyunçuları İngiltərə, İtaliya və digər güclü futbol ölkələrində top qovur. Bizimlə aralarında böyük fərq var. Buna baxmayaraq, uğursuz statistikaya son qoymaq da lazımdı. Ancaq gözləməyin ki, biz böyük hesabla qələbə qazanacağıq. Azərbaycandan İngiltərədə, İtaliyada neçə futbolçu çıxış edir?
 
- Macarıstan yığmasının 3 aparıcı oyunçusu sabah meydanda olmayacaq...
- Məndə belə informasiya yoxdu. Onların əvəzində başqa futbolçuları oynayacaq.
 
- Rəşad Sadıqovla Mahir Şükürovun durumu necədi?
- Deyə bilərəm ki, onlar formalarını bərpa edirlər. Mən də onları məşqlərdə görmüşəm.
 
- Debütantlardan nə dərəcədə razı qaldınız?
- Əlbəttə, yeni oyunçulara çətindi. Ancaq onlara öz üzərlərində daha çox işləmək lazımdı, bacarıqlı uşaqlardılar.
 
- Macarıstanla görüşün nəticəsini Dubay toplanışınıza əsas qiymət kimi dəyərləndirmək olar?
- Hazırlığımız bununla bitmir. Bizim Belçika ilə oyuna kimi vaxtımız var. Futbolçularımıza klublarının oyunlarında, məşqlərində də özlərini göstərmək, çoxlu çalışmaq lazımdı. Ona görə ki, oyun təcrübəsi böyük əhəmiyyət daşıyır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.