8 fevral 2011 14:06
Berti Foqts: Rəşad Eskişehirsporda əsas heyətə düşməlidi
Milli komandamızın baş məşqçisi Berti Foqts kapitan Rəşad Sadıqovun Türkiyənin “Eskişehirspor” klubundakı durumuna münasibətini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis yığmamızın aparıcı müdafiəçisi ilə bağlı aşağıdakı fikirləri səsləndirib:
“Rəşad ölkədən kənarda oynamağa özü qərar verdi. İndi hər şeyi etməlidi ki, komandasında əsas heyətə düşsün. Hər halda sabah biz də onu iş başında görə biləcəyik”.
