8 fevral 2011 14:15
Millimizin baş məşqçisi Neftçi – XL oyununu izləməyəcək
Milli komandamızın baş məşqçisi Berti Foqts Premyer Liqanın 20-ci turunun ən vacib görüşlərindən olan “Neftçi” – “Xəzər Lənkəran” matçı ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Azərbaycan derbisi ilə bağlı sadəcə aşağıdakı fikirləri səsləndirib:
“Bu oyunu izləməyə hazırlaşmıram. Sözügedən görüşün çempionluğun taleyini həll etdiyini düşünmürəm. Eyni zamanda “Neftçi” – “Xəzər Lənkəran” duelini mövsümün ən vacib görüşü də adlandırmaq olmaz. Çünki mövsümün sonuna hələ çox qalır və bu, son qarşılaşma deyil”.
