8 fevral 2011 14:48
XL-la oyuna 7 əskiklə
Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə "Xəzər Lənkəran"ı qəbul edəcək "Neftçi" məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, ötən günü iki məşqlə tamamlayan komanda üzvləri, bu gün bir məşqlə kifayətlənəcək.
Baş məşqçi Arif Əsədovun rəhbərliyi altında futbolçular, "Sərin" otelinin meydançasında hazırlıqlarını davam etdirəcəklər. Komandanın qapıçıları isə serbiyalı mütəxəssis Neboyşa Manoyloviçin rəhbərliyi altında məşq edəcəklər.
Qeyd edək ki, "Neftçi"nin məşqində zədəli Paulius Qribauskas, Alessandro Viana da Silva, Emil Mpenza, həmçinin Azərbaycan yığmasının təlim-məşq toplanışında olan Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov və Amit Quluzadə iştirak etmir.
