8 fevral 2011 15:16

Kamran Ağayevin qapısı Neftçi üçün tilsimlənib

“Xəzər Lənkəran” 2011-ci ildə ilk rəsmi oyununu “Neftçi”yə qarşı keçirəcək. Azerisport.az xəbər verir ki, bu matç komandalar arasında ölkə çempionatlarında baş tutan 17-ci görüş olacaq.
 
Rəqiblərin son 5 qarşılaşmasına nəzər saldıqda “Neftçi”nin ardıcıl 5 oyundu qol həsrəti yaşadığını görmək olar. Ötən mövsümün 4 oyununda, həmçinin cari mövsümün ilk dövrəsində cənubluların qapıçısı Kamran Ağayev “Neftçi” üçün “alınmaz qala” qura bilib.
 
“Neftçi” cənubluların qapısına sonuncu qolunu 2009-cu il aprelin 12-də vurub. Əli Cansunun 90+1-ci dəqiqədə vurduğu qoldan sonra 450 dəqiqəlik quru seriyaya malik komanda 672 gündü bakılılardan qol buraxmır. Həmin qolu da Kamranın deyil, Dmitri Kramarenkonun buraxdığını nəzərə alsaq bu rəqiblə matçlarda Ağayevin seriyası daha uzağa gedib çıxır. “Neftçi” Kamranın qapısına sonuncu qolu 2007-ci il noyabrın 10-da vurub. Həmin matçın ilk dəqiqəsində fərqlənən Georgi Adamiyanın qolundan sonra qapıçı rəqib üçün tilsimlənib. Bu tilsim 539 dəqiqə və ya 1191 gündü.
 
Kamran Ağayevli “Xəzər Lənkəran” “Neftçi”yə qarşı:
 
10.11.2007. Xəzər Lənkəran – Neftçi – 0:1
08.11.2009. Xəzər Lənkəran – Neftçi – 0:0
17.02.2010. Neftçi – Xəzər Lənkəran – 0:0
27.03.2010. Xəzər Lənkəran – Neftçi – 0:0
01.05.2010. Neftçi – Xəzər Lənkəran – 0:0
25.09.2010. Xəzər Lənkəran – Neftçi – 1:0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.