8 fevral 2011 15:38
Simao da Xəzər Lənkəran`da
“Xəzər Lənkəran” Futbol Klubu daha bir futbolçunun transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, komandanın sıralarına qoşulan növbəti legioner portuqaliyalı müdafiəçi Simao Martins Brunodu. 25 yaşlı müdafiəçi yeni komandasıyla 1 illik müqaviləyə imza atıb.
Sol cinah müdafiəçisi olan Bruno peşəkar karyerasına doğma ölkəsində, “Barreirense” klubunda başlayıb. Bundan əlavə, futbolçu müxtəlif illərdə Rumıniya və Slovakiya çempionatlarında da forma geyinib. Müdafiədən hücumlara qoşulmağı sevən Simaonun yarımmüdafiəçi mövqeyində də oyun təcrübəsi var. Müxtəlif formalarda 100-dən artıq oyun keçirmiş portuqaliyalı futbolçunun son iş yeri isə Rumıniyanın “Astra” (Ploeşti) klubu olub.
