8 fevral 2011 15:52
Belçika ilə oyuna kimi yığmamız üçün daha bir toplanış
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2012-nin seçmə mərhələsinin Belçika ilə oyununa kimi komandamızın üzvlərini daha bir dəfə toplanışa cəlb edəcək. Azerisport.az xəbər verir ki, bu təlim-məşq toplanışı ya Almaniyada, ya da Belçikada baş tutacaq.
Hazırlıq prosesinin bir həftəlik olması nəzərdə tutulub. Qeyd edək ki, Belçika – Azərbaycan qarşılaşması mart ayının 29-da baş tutacaq.
