8 fevral 2011 16:41
Almaniya klubunun 2 futbolçusu yığmamızda!
Fevralın 14-dən 24-ə qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha 2 futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, bunlar müdafiəçi Cem Yusuf İlter və yarımmüdafiəçi Taşkın İlterdi. Hər iki futbolçu Almaniyanın “Türkiyəmspor” klubunun üzvüdü.
