8 fevral 2011 16:56
Macarların millimizə qarşı yenilənmiş heyəti
Sabah - fevralın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Macarıstan yığmasının yenilənmiş heyəti açıqlanıb. Azerisport.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Sandor Egervari müxtəlif zədələr və digər səbəblər üzündən dəyişən heyətdən millimizlə oyuna aşağıdakı 21 futbolçunu dəvət edib.
Həmin siyahıda yer alan futbolçuların siyahısını təqdim edirik:
Qapıçılar: Adam Boqdan (Bolton, İngiltərə), Marton Fülep (Ipswich Town, İngiltərə), Qabor Kirali (München 1860, Almaniya).
Müdafiəçilər: Roland Yuhaş (Anderlecht, Belçika), Tamaş Kadar (Newcastle United, İngiltərə), Latsko Şolt (Sampdoria, İtaliya), Pol Lazar, Zoltan Liptak (hər ikisi “Videoton”), Vilmoş Vantsak (Sion, İsveçrə), Kristian Vermes (Ujpest).
Yarımmüdafiəçilər: Peter Tsvitkoviç, Jozef Varqa (hər ikisi “Debrecen”), Balaş Dşudşak, (PSV Eindhoven, Hollandiya), Akos Elek, (Videoton) Zoltan Gera (Fulham, İngiltərə), Tamas Haynal (Borussia, Dortmund, Almaniya), Vladimir Koman (Sampdoria, İtaliya), Krisztian Vadots (Osasuna, İspaniya).
Hücumçular: Tamas Prişkin (Ipswich Town, İngiltərə), Gergeli Rudolf (Bari, İtaliya), Atilla Tokoli (Keckemet).
