8 fevral 2011 17:19
Latviyalılar Anji`ni Azərbaycan klubu sayır
Latviya Futbol Federasiyasının rəsmi saytı Mahaçqalının “Anji” klubu ilə bağlı ciddi yanlışlığa yol verib. Azerisport.az xəbər verir ki, qurumun rəsmi orqanında baş məşqçi Aleksandr Starkovun Antalya toplanışa dəvət etdiyi futbolçular arasında yer alan Oskar Klavanın çıxış etdiyi “Anji” və Mahaçqala şəhəri Rusiya yox, Azərbaycan klubu və şəhəri kimi göstərilib.
Qeyd edək ki, əslində Mahir Şükürovun çıxış etdiyi, Vaqif Sadıqovla Emin Ağayevin çalışdığı bu klub Rusiya Premyer Liqasında çıxış edir və Dağıstan təmsilçisidi.
