8 fevral 2011 17:52

“İşimiz əsas komanda üçün futbolçu yetişdirməkdi”

Azerisport.az sizi "Neftçi" PFK-nın icraçı direktoru Mübariz Xudiyevin müsahibəsi ilə tanış edir.
 
- "Neftçi"nin əvəzedici heyəti artıq 2-ci dəfədi ki, təlim-məşq toplanışı üçün Rusiyanın Krımsk şəhərinə yollandı. Hazırlıq mərhələsi necə keçdi?
- Düzdü, əvəzedici heyət 2009-cu ildə Arif Əsədovun başçılığı altında artıq Krımskda təlim-məşq toplanışında olub. Həmin il ilk dəfə Əsədovun rəhbərlik etdiyi dövrdə, komandamız Azərbaycan çempionu adını qazandı. Onu da qeyd edək ki, bu il Azərbaycanın Premyer Liqa klublarının əvəzedici heyətləri arasında, yeganə olaraq "Neftçi" ölkə xaricində toplanış keçdi. Hazırlıq mərhələsindən çox razı qaldıq. Əvəzedici heyətə belə bir şərait yaratdığı üçün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqova minnətdarlığımızı bildiririk. Bizim üçün yaradılan şərait yüksək səviyyədə idi. Rusiyada 4 yoxlama görüşündə qüvvəmizi sınadıq. "Spartak Nalçik", "Kuban", "Krasnodar" kimi komandalarla oyun keçirdik. 4 görüşdən 2-də qalib gəldik, qalan  2 oyunu isə heç-heçə ilə bitirdik. Təlim-məşq toplanışında yeni futbolçuları baxışa dəvət etmişdik, onlar özlərini yaxşı tərəfdən göstərməyi bacardılar.
 
- Hal-hazırda qızıl medalları qazanan əvəzedici heyətdən 6 futbolçu "Neftçi"nin əsas heyətində çıxış edir. İndiki əvəzedici heyətdən əsas komanda da çıxış etmək iqtidarında olan futbolçular varmı?
- Əlbəttə, bizim əsas işimiz əsas komanda üçün futbolçu yetişdirməkdi. Hazırda əvəzedici komandanın 15 yaşlı əsas qapıçısı sayılan Əyyub Əliyev əsas heyətlə Antalyada, təlim-məşq toplanışında iştirak etdi. Həmçinin hazırkı, heyətdə çıxış edən Kərim Diniyev və "Neftçi"nin həvəskarlar komandasından cəlb etdiyimiz Malik Babayev əsas komanda ilə Türkiyəyə ikinci toplanışa çağırılmışdı. Eltun Yaqublu isə artıq keçən ildən əsas komandaya cəlb olunub. Bizim komanda əsasən 1992-94-cü il təvəllüdlü gənc futbolçulardan ibarətdi.
 
- Bu mövsüm tamamı ilə yeni qurulan bir heyət və baş məşqçi İqor Getmanın fəaliyyəti rəhbərliyi qane edirmi?
- Qeyd etdiyim kimi, əvəzedici heyətin əsas məqsədi ondan ibarətdi ki, əsas komanda üçün futbolçu yetişdirsin. Bunun üçün, bizim əvəzedici heyətimizə rəhbərlik edən təcrübəli məşqçilər korpusu, bütün mövqelərə perspektivli futbolçular cəlb edir. Hazırda turnir cədvəlində üst sıralarda olmamağımız isə mövsümün əvvəlində yeni heyət formalaşdırmağımızla əlaqədardı. Bizim əvəzedici heyətimizi digər komandalarla müqayisə etdikdə, "Neftçi"nin əvəzedicilərinin əsas komandaya daha çox cəlb olunduğunu görərik. Rəhbərliyin dəvəti ilə əvəzedici heyətdə Elbrus Məmmədov, Zaur Tağızadə, Hüseyn Məhəmmədov kimi mütəxəssislər çalışır. Birinci divizionun lideri "Abşeron"da 6 gənc futbolçumuz çıxış edir. Həmçinin "Şəmkir", "Simurq", MOİK, "Şuşa" klublarında da futbolçularımız əsas heyət üzvləridi. 5 futbolçumuz U-19 yığmasına  çağırılıb. Sevindirici haldı ki, onlardan 2-nin 16 yaşı var. U-21 yığmasında çıxış edən gənc futbolçularımız da var.
 
- "Neftçi"nin əvəzedici heyətində, U-17 komandasında, hər zaman yeni istedadlar, perspektivli gənclər üzə çıxır. Bunlar seleksiya işlərinin güclü qurulması ilə əlaqədardı?
- "Neftçi" adı gənc futbolçular üçün bir stimuldu, çünki Azərbaycanda oynayan hər bir futbolçunun arzusudu ki, "Neftçi"də çıxış etsin. Biz öz növbəmizdə çalışırıq ki, onlara hər cür şərait yaradırıq ki, gələcəkdə onlardan yaxşı futbolçu yetişsin. "Neftçi"nin U-17-nin əsas vəzifəsi odu ki, əvəzedici heyətə futbolçu versin. Bu mövsümün əvvəlində 7 futbolçu U-17 heyətindən, 5 nəfər isə həvəskarlardan ibarət komandamızdan birbaşa əvəzedici heyətə cəlb olunub.
 
Mənbə: "Neftçi"nin rəsmi saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.