8 fevral 2011 18:25
Neftçi – XL matçının keçirilmə yeri və vaxtı dəqiqləşdi
Peşəkar Futbol Liqası Premyer Liqanın 20-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” matçının keçirilmə yerini və vaxtını təyin edib. Azerisport.az xəbər verir ki, həmin qarşılaşma fevralın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qeyd edək ki, qarşılaşmanın müxtəlif səbəblərdən başqa arenada keçirilməsi gündəmdə idi.
