8 fevral 2011 19:09
Macarıstanla oyuna çıxacaq start heyətimiz müəyyənləşdi
Birləşmiş Ərəb Əmirliklərindən təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan yığması bu gün Dubayda Macarıstanla oyun qabağı son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, komandamızın baş məşqçisi Berti Foqtsun hazırlıq prosesindəki tapşırıqlarına əsasən belə demək olar ki, komandamız sabahkı görüşdə aşağıdakı start heyəti ilə mübarizə aparacaq:
Kamran Ağayev, Rəşad Sadıqov, Vurğun Hüseynov, Elnur Allahverdiyev, Rail Məlikov, Ruslan Abışov, Mahir Şükürov, Rahid Əmirquliyev, Elvin Məmmədov, Vaqif Cavadov, Murad Hüseynov.
