8 fevral 2011 19:22
La Liqa klubu baş məşqçisiz qaldı
İspaniya La Liqasının cari mövsümündə növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Racing” (Santander) klubu ilə baş məşqçisi Migel Anxel Portuqal arasındakı sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, İspaniya çempionatının son 7 turunda qələbəyə həsrət qalan “Racing” 20 komandadan ibarət La Liganın 22 turundan sonra 16-cı sırada qərarlaşıb. Bu nəticə isə klub rəhbərliyini qane etmədiyindən, onlar baş məşqçiylə yollarını ayırıb, yeni mütəxəssis axtarmaq qərarına gəliblər. Hələlik boş qalan posta kimin gətiriləcəyi bilinmir.
Migel Anxel Portuqalın bu mövsüm La Liqada fəaliyyətinə erkən son qoyulan 5-ci mütəxəssis olduğunu da qeyd edək.
