8 fevral 2011 20:12
Murad Hüseynov: Azərbaycan millisində möhkəmlənə bilərəm
Azərbaycan yığmasının yeni üzvlərindən olan Murad Hüseynov hesab edir ki, əsas komandamızda möhkəmlənmək şansı var. Azerisport.az xəbər verir ki, “Qəbələ”nin sıralarına qatdığı gənc hücumçu bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Qəbələ”yə transferimdən sonra mən yığma komandaya daha tez-tez çağırılmaq imkanı qazandım. Düşünürəm ki, yığmada möhkəmlənə bilərəm. Axı millinin baş məşqçisi də məni mütəmadi iş başında görə biləcək. Mənə sadəcə özümü göstərmək qalır”.
