8 fevral 2011 21:37

Emil Mpenzanın qayıdacağı tarix müəyyənləşdi

Türkiyədə təlim-məşq toplanışında zədə alan "Neftçi"nin belçikalı hücumçusu Emil Mpenza,  vətənində uğurla əməliyyat olunub. Azerisport.az xəbər verir ki, Mpenzanı əməliyyat edən həkimin bildirdiyinə görə, tezliklə fərdi məşqlərə başlayacaq futbolçu 6 həftəyə yaşıl meydanlara dönəcək. Bu haqda açıqlama verən Mpenza aşağıdakıları dilə gətirib:
 
“Artıq zədə ilə bağlı problemi əməliyyat olunaraq arxada qoymuşam. Cərrahiyyə əməliyyatı uğurla başa çatdı. Həkimlərin rəyinə görə, 6 həftəyə yaşıl meydanlara dönəcəm. Mənim əsas təəssüfləndiyim məqam bu müddətdə "Neftçi"yə kömək edə bilməməyimdi. Bizi növbəti turda vacib görüş gözləyir. "Xəzər Lənkəran"la oyunda komanda üzvlərinin var güclərini ortaya qoyaraq qələbə qazanacaqlarına inanıram. "Neftçi"nin heyətində yüksək səviyyəli futbolçular yer alır. Onların mənim yoxluğumu unutduracağına əminəm. Buradan "Neftçi" azarkeşlərini bu əhəmiyyətli oyuna səsləyirəm. Qoy, onlar komandamızı sona qədər dəstəkləsinlər. "Neftçi" "Xəzər Lənkəran"la oyunda qələbə qazanaraq, çempionluq yolunda daha bir əngəli arxada qoyacaq. Mən də tezliklə flaqmanın düşərgəsinə qayıdaraq vuracağım qollarla onları yenidən sevindirəcəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.