8 fevral 2011 22:21
AZAL təqdimetmə mərasimi keçirir
AZAL qış transfer dövründə müqavilə bağladığı futbolçuları mətbuata təqdim etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi artıq tədbirin keçiriləcəyi günü və yeri də müəyyənləşdirib.
Belə ki, fevralın 10-da saat 19.30-da "Airport" oteldə komandaya cəlb olunan yeni oyunçular mətbuata tanıdılacaq. Həmin gün belaruslu Gennadi Bliznyuk, bolqarıstanlı Enyo Krastovçev, serbiyalı Mansur Limani, latviyalı Ritus Krjauklis və həmyerlimiz Cavid Rəhimov jurnalistlər qarşısına çıxarılacaq.
Təqdimetmə mərasimindən sonra AZAL rəsmilərinin iştirakı ilə mətbuat konfransının keçirilməsi də planlaşdırılır.
