8 fevral 2011 22:33
Kamran Ağayev: Neftçi`nin oyunçularına düşmən gözüylə baxmıram
Milli komandamızın və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev qarşıdan gələn “Neftçi” ilə prinsipial görüş barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, cənubluların qapıçısı Dubayda jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Mən “Neftçi”nin oyunçuları ilə düşmən deyiləm. Millinin hazırlıq prosesində də onların heç birinə düşmən gözüylə baxmırıam. Biz hamımız dostuq. “Neftçi” ilə oyun haqda isə düşünmürəm. İndi sadəcə yığma komandanı, sabahkı oyunumuzu düşünürəm”.
