8 fevral 2011 23:04
“Azərbaycan millisi səhvlərimizdən istifadə etdi”
IV Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində bu gün keçirilmiş Ukrayna – Azərbaycan oyunundan sonra Ukrayna yığmasının baş məşqçisi Gennadi Lisençuk matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, rəqibimizin çalışdırıcısı bunları dilə gətirib:
“Çox maraqlı oyun oldu. Azərbaycan millisi müdafiədəki səhvlərimizdən istifadə etdi. Avropa çempionatının seçmə oyunlarına qədər vaxtımız var, səhvlərimizin üzərində işləyəcəyik. Turnirin təşkilatçılığı yüksək səviyyədə idi. Məqş üçün şərait, qidalanma və sair təşkilati məsələlər əla təşkil olunmuşdu”.
