8 fevral 2011 11:18
Aleksandr Starkov Bakı`dan ayrıldı
Aleksandr Starkov yeni ildə Latviya milli komandasının sükanı arxasında ilk oyununa hazırlaşır. Azerisport.az xəbər verir ki, buna görə klubdan ayrılan çalışdırıcının komandası - Latviya yığması 9 fevral 2011-ci il tarixdə Boliviya milli komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Maraq üçün qeyd edək ki, Starkov Boliviyaya qarşı oyunda Azərbaycan Premyer Liqasından da 4 oyunçu dəvət edib. Qarşılaşma Antalyanın "Mərdan Palas" otelinin meydanında keçiriləcək. Qarşılaşmanın başa çatmasından sonra Aleksandr Starkov Bakıya qayıdacaq.
Xatırladaq ki, qarşılıqlı razılığa əsasən bu mütəxəssis "Bakı" futbol klubu ilə bərabər Latviya milli komandasının da sükanı arxasındakı fəaliyyətini davam etdirir.
