8 fevral 2011 11:26
Alessandro: Ürəyim onların yanındadı
“Neftçi”nin braziliyalı müdafiəçisi Alessandro Viana da Silvadan xəbər var. Azerisport.az xəbər verir ki, cənubi amerikalı oyunçu öz açıqlamasında hazırkı durumundan bəhs edib:
“Hazırda vətənimdə zədəmin müalicəsini davam etdirirəm. Fevralın 20-nə qədər komandamın düşərgəsinə qoşulacam. O anı səbirsizliklə gözləyirəm. İndi məni düşündürən əsas məsələ fevralın 13-də "Xəzər Lənkəran"a qarşı keçirəcəyimiz oyundu. Təəssüf ki, bu görüşdə komanda yoldaşlarıma kömək edə bilməyəcəm. Ancaq bilirəm ki, onlar bu matçda var güclərini ortaya qoyub qələbə qazanaraq, mənim yoxluğumu unutduracaqlar. Komandamız qış fasiləsində lazımlı transferlər həyata keçirib. Ürəyim onların yanındadı. Rəhbərliyin qarşımıza qoyduğu çempionluq hədəfinə çataçağımıza əminəm. Buradan "Neftçi"nin sadiq azarkeşlərini bu görüşdə komandamızı dəstəkləməyə səsləyirəm” – deyə Alessandro klubun rəsmi saytına bildirib.
