8 fevral 2011 23:28
"Çatışmazlıqlarımızı minimuma endirdik"
IV Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində bu gün keçirilmiş Ukrayna – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra braziliyalı mütəxəssis bunları dilə gətirib:
“Əvvəlki iki oyunda bir çox səhvə yol vermişdik. Ukrayna yığması ilə qarşılaşmada çatışmazlıqları minimuma endirdik. Ukrayna millisi Avropanın ən güclü komandalarından biridir. Özbəkistan yığmasının da çıxışını bəyəndim”.
