8 fevral 2011 11:34

“Komandanı Premyer Liqaya hazır hesab edirəm”

"Bakı” 2011-ci ilin 16 yanvar - 4 fevral tarixləri arasında Antalyada qış təlim-məşq toplanışında oldu. Azerisport.az xəbər verir ki, komandanın məşqçisi Novruz Əzimov Antalyada keçirilən hazırlıq prosesinin yekunları ilə bağlı müsahibə verib:
 
- Yeni ildə komandamızda baş məşqçi dəyişikliyi baş verdi. Antalyada keçirilən toplanışı komanda üçün uyğunlaşma baxımından ilk sınaq adlandırmaq olarmı?
- Əsas diqqətimiz fiziki gücün artırılması və müxtəlif təmrinlər üzərində qurulmuşdu. Futbolçuların fərdi ustalıq və fiziki keyfiyyətlərinin təkminləşdirilməsi ilə bağlı bir sıra irəliləyişlər əldə etdik. Təlim- məşq toplanışını uğurlu adlandırmaq olar.
 
- Futbolçuların fiziki durumundan razısınızmı?
- Hər bir futbolçunu istər taktiki, istər fiziki planda incələmişik. Antalyada beş yoldaşlıq oyunu keçirdik . Futbolçuların hamısına oynamaq imkanı verdik. Bu oyunların 3-də qələbə qazandıq, ikisini isə heç-heçə başa vurduq. Əslində nəticənin bizim üçün əhəmiyyəti yox idi. Önəmli olan kollektivin hər bir üzvünün hazırlığına qiymət vermək idi. Funksional cəhətdən komandanı Premyer Liqaya hazır hesab edirəm.
 
- Komandamızın oyununda taktiki cəhətdən bir sıra yeniliklər sezilir.
- Əsas diqqət kollektiv hücuma ayrılır. İstəyimiz hər bir futbolçunu hücumda və ya müdafiə vəziyyətində nə etməli olduğunu, konkret hallarda necə hərəkət etmələrini aşılamaqdan ibarətdi.
 
- Baş məşqçi Aleksandr Starkov barədədə hansı fikirləri söyləyə bilərsiniz? 
- Starkov təcrübəli məşqçi və eyni zamanda nizam-intizamı sevən başçıdı. Onu tanıdığım ilk gündən nizam-intizam və funksional-taktiki hazırlığı əsas tutduğunun şahidiyəm. Onun rəhbərliyi ilə "Bakı"nın yaxın illərdə böyük nailiyyətlər əldə edəcəyi qənaitindəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.