8 fevral 2011 11:20
Bakıda milyard dollarlıq Olimpiya stadionu
Türkiyənin TOCA kompaniyası Bakıda Olimpiya stadionu inşa edəcək. Azerisport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu arenanın tikintisinə düz 1 000 000 000 ABŞ dolları məbləğində vəsait xərclənəcək.
Kompaniyadan qeyd olunub ki, arenanın tikintisinin 2015-ci ildə başa çatdırılması planlaşdırılır. Həmçinin yeni Olimpiya stadionunun FİFA və UEFA-nın standartlarına tam şəkildə cavab verəcəyi də bildirilir.
