8 fevral 2011 00:01
İngiltərənin ən yaxşı futbolçusu müəyyənləşdi
İngiltərədə 2010-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Chelsea”nin təcrübəli sol cinah oyunçularından olan Eşli Koul futbol azarkeşləri tərəfindən ölkədə ilin futbolçusu mükafatına layiq görülüb.
İngiltərə millisinin də şərəfini qoruyan bu futbolçu birinci olarkən, “Liverpool”un kapitanı Stiven Cerard ikinci, “Manchester City”nin üzvü Adam Conson isə üçüncü sırada yer alıb.
Maraq üçün onu da bildirək ki, Eşli Koul həm də bu mükafata sahib çıxan ilk müdafiəçi kimi tarixə düşüb. Bütövlükdə isə, sözügedən mükafata 2003-də Devid Bekhem, 2004 və 2005-də Frank Lampard, 2006-da Ouen Harqrivs, 2007-də Stiven Cerard, 2008 və 2009-da isə Ueyn Runi sahib çıxmışdı.
