8 fevral 2011 12:00
Yığmamıza daha bir futbolçu çağırıldı
Fevralın 9-dan 12-dək Şağan Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, bu, Rusiyanın Sankt-Peterburq şəhərini təmsil edən “Dinamo” klubunun üzvü, ampluaca müdafiəçi Məhərrəm Mahmudovdu.
