8 fevral 2011 00:05
XL-ın qəniminə Ramiz Məmmədov da qalib gələ bilmədi
Həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın “Atırau” klubu Türkiyənin Antalya şəhərində növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası Antalyadakı ikinci toplanış çərçivəsindəki üçüncü sınaq görüşünü Moldovanın “Olimpia” klubuna qarşı keçirib.
Yayda “Xəzər Lənkəran”ı Avropa Liqasından kənar qoyan komanda ilə dueldə Məmmədovun yetirmələri də qələbə qazana bilməyib və matç qolsuz başa çatıb – 0:0.
Qeyd edək ki, “Atırau” bu gün Türkiyə toplanışına yekun vurub, evə yola düşəcək.
